Türkiyədə zirehli avtomobil qəzaya düşdü - ölən və yaralananlar var

Türkiyədə zirehli avtomobil qəzaya düşdü - ölən və yaralananlar var

Türkiyənin Diyarbəkir bölgəsində zirehli polis avtomobilinin qəzaya düşməsi nəticəsində 1 polis məmuru həlak olub, daha 5 polis yaralanıb.

Eurasia Diary xəbər verir ki, bu barədə Anadolu Agentliyi məlumat yayıb.

Əldə edilən məlumata görə, hadisə patrul xidmətində olan zirehli polis avtomobilinin Qala bölgəsində dönmə əməliyyatını yerinə yetirərkən baş verib.

Yaralılar helikopter vasitəsi ilə Diyarbəkirdəki müxtəlif xəstəxanalara aparılıb.

Eurasia Diary

Mənbə: ednews.net