Aslan 8 yaşlı qızı parçalamaq istədi, amma... - İnanılmaz hadisə

8 yaşlı qıza aslan hücum edib.

Milli.Az Teleqraf.com-a istinadən xəbər verir ki, hadisə ABŞ-ın Kolorado ştatının Denver şəhərində qeydə alınıb.

Məlumata görə, şəhərin Bailey qəsəbəsində evin önündə qardaşı ilə oynayan 8 yaşındakı uşağa aslan hücum edib. Hadisəni görən qızın qardaşı dərhal evə qaçaraq bu haqda atasına xəbər verib. Bayıra çıxan ata qızının aslan tərəfindən parçalandığını görüncə, ona hücum edib. Qəribədir ki, atanın qəti addımlarla aslanın üzərinə getməsi vəhşi heyvanı qaçmağa vadar edib. Qız dərhal xəstəxanaya aparılıb və onun durumunun ağır olduğu deyilir.

ABŞ mediası atanın bu qətiyyətini "qəhrəmancasına addım" kimi təqdim edib.

Mütəxəssis Ferrel isə bəyan edib ki, ata lazım olanı edib və aslana tərəf qaçmaqla ondan daha güclü olduğunu isbatlayıb.

Milli.Az

Milli.az

ƏVVƏLKİ XƏBƏR

Əli Əhmədov azyaşlı uşaqla futbol oynadı - Video

SONRAKI XƏBƏR

Toy karvanında qəza, bəylə gəlin yaralandı