Rusiyanın Federal Təhlükəsizlik Xidməti Moskvada törədilmiş terror aktının təşkilatçılarının Ukrayna ilə əlaqəli oluğunu bəyan edib.
Bu barədə FTX-nin bu gün yaydığı bəyanatda bildirilib.
Qeyd edilib ki, “Crocus City Hall”dakı terror aktında iştirak edən terrorçular Rusiya-Ukrayna sərhədinə doğru qaçmağa cəhd ediblər: “Terrorçular sərhədi keçməyi planlaşdırıblar və Ukrayna tərəfində əlaqələri olub. “Crocus City Hall”dakı terror aktı diqqətlə planlaşdırılıb”.
Mənbə: qafqazinfo.az