Xaçmazda velosipedçinin ölümü ilə nəticələnən yol qəzası baş verib

Xaçmazda velosipedçinin ölümü ilə nəticələnən yol qəzası baş verib<span class="qirmizi"></span>

Xaçmaz şəhərinin Bakı prospektində “Khazar Assamant” markalı minik avtomobili velosepedçini vuraraq öldürüb.

“Report”un şimal bürosunun məlumatına görə, velosipedlə hərəkətdə olan, hələ ki şəxsiyyəti məlum olmayan təxmini 50 yaşlarında olan kişini avtomobil vurub.

Yaralı Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: report.az