ZALUJNİYİN SAĞ OLDUĞU TƏSDİQLƏNİR - VİDEO

Rusiyanın “öldürdüyü” Baş komandanın yeni videosu yayımlandı

Bir neçə həftədir ki, Rusiya təbliğat maşını Ukrayna Ordusunun Baş komandanı, general Valeri Zalujnının ağır yaralandığı, hətta həlak olduğu barədə məlumatlar yayır. Bu informasiya kampaniyasında hətta “RİA-Novosti” kimi Kremlin rəsmi ruporu da iştirak edir. Həmin xəbərlərdə Zalujnının digər bir neçə yüksək rütbəli zabitlərlə birgə Xerson istiqamətində “vurulduğu”, nəticədə başından ağır qəlpə yarası aldığı iddia edilirdi.

“AzPolitika.info” xəbər verir ki, Ukrayna mətbuatında, televiziyalarında və internet kanallarında Valeri Zalujnının yeni görüntüləri yayımlanıb. Həmin videoda iş başında olan Zalujnı ilə görüşən hərbi bloqer, polkovnik Anatoli Ştefan “dəhşətli sirr” açacağını bildirir və bundan sonra kamera generala tərəf çevrilir. Zalujnı isə deyir: “Bütün ukraynalılara təşəkkür edirəm. Biz birlikdə mütləq qalib gələcəyik və təkcə bu gün yox, hər zaman! Hər kəsə təşəkkür edirəm”.

Beləliklə də Rusiya tərəfinin daha bir uğursuz “feyk” informasiya əməliyyatı başa çatmış oldu.

 

Azpolitika.info

ƏVVƏLKİ XƏBƏR

Masazırda maşın azyaşlını vurub qaçdı

SONRAKI XƏBƏR

Belqorodda PUA "Qazprom"un binasını VURDU