Göygöldə selin apardığı iki nəfər kəndə istirahətə gəliblərmiş - VİDEO

Göygöldə selin apardığı iki nəfər kəndə istirahətə gəliblərmiş - VİDEO<span class="qirmizi"></span>

Göygöl rayonunun Topalhəsənli kəndində selin apardığı iki nəfər ora istirahət məqsədi ilə gediblərmiş.

Oxu.az-a istinadən xəbər verilir ki, onlar oradakı istirahət mərkəzində yeyib-içiblərmiş.

Həmin vaxt Gəncə çayında sel baş verib və 1954-cü il təvəllüdlü Muxtar Hüseynov və 2001-ci il təvəllüdlü İbrahim Qurbanov itkin düşüblər.

Artıq onların meyiti tapılıb və aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, daşqınlar zamanı yeddi avtomobilə ziyan dəyib. 50-dən çox mal-qara tələf olub.

Mənbə: baku.ws