"Miss Bolqarıstan 2007"nin qalibi və əri güllələndi

Cənubi Afrikada 38 yaşlı model "Miss Bolqarıstan 2007" Qerqana Koçanova başından güllələnib.
"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, modellə yanaşı, kriminal avtoritet Krasimir Kamenov-Kuro, onların mühafizəçisi və modelin qulluqçusu da qətlə yetirilib.

Hadisə mayın 25-də cütlüyün Keyptaundakı malikanəsində baş verib.

Qeyd edək ki, cütlük qanunla bağlı problemlərə görə 2015-ci ildə evləndikdən az sonra Bolqarıstandan Afrikaya mühacirət edib. Krasimir İnterpol tərəfindən axtarışa verilmişdi.

Unikal.org

ƏVVƏLKİ XƏBƏR

Qarabağ qazisi Gürcüstanda birinci oldu

SONRAKI XƏBƏR

Consonun Trampla şam yeməyinin məqsədi...