Naxçıvanda yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın Naxçıvan bürosu xəbər verir ki, hadisə axşam saatlarında muxtar respublikanın Zeynəddin kəndi yolunda qeydə alınıb.
Ağırtonajlı avtomobil yolun kənarında dayanan 67-BF-357 dövlət nömrə nişanlı "VAZ-2106" markalı avtomobilə çırpılıb. O isə qarşısında duran 71-BB-211 dövlət nömrə nişanlı VAZ-2121 NİVA markalı avtomobillə toqquşub. NİVA isə qarşısında dayanan "Qazel"ə çırpılıb. Nəticədə, hər 3 avtomobilə ciddi ziyan dəyib, sürücülər yüngül xəsarət alıb.
İlkin araşdırmalara görə, qəzaya səbəb havanın yağışlı olması olub.
Faktla bağlı araşdırmalar davam edir.