Erməni güləşçilər qəzaya düşdü: 1-i öldü, 4-ü isə...

Erməni güləşçilər qəzaya düşdü: 1-i öldü, 4-ü isə...<span class="qirmizi"></span>

Bu gün Ermənistanın Kotayk vilayətində ağır qəza baş verib.

“Volksvagen” və VAZ 2106 markalı avtomobillərin toqquşması nəticəsində bir nəfər ölüb, 7 nəfər ağır xəsarətlər alıb.

Məlumata görə, qəzaya düşən 5 nəfər güləşçidir və Qarniyə “həlak olan güləşçilərə həsr edilən” yarışda iştirak etmək üçün gedirlərmiş.

Ölən şəxs güləşçilərdən biridir, digər 4 güləşçi isə olduqca ağır vəziyyətdədir.

Mənbə: axar.az