İranın Əmirabad limanına gedən “Port Olya-2” gəmisi Volqa-Xəzər dənizi gəmiçilik kanalında quruya çırpılaraq nəqliyyatın hərəkətini dayandırıb.
Publika.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin regional idarəsi məlumat yayıb.
Bildirilib ki, gəmi zədələnməyib, yanacaq dağıntısı yoxdur.
Gəmidə ümumi kütləsi 4,5 min tondan çox olan toplu yük və 14 ekipaj üzvü olub. Kömək üçün yedək gəmisi göndərilib.
Mənbə: publika.az