26 yanvar 2023-cu il tarixdə anadan olan azərbaycanlı körpə Volkan Azərmirad Təbriz şəhər Qeydiyyat İdarəsi və Məhkəməsinin maneçilik törətməsi ucbatından 4 aydan çoxdur ki, doğum haqqında şəhadətnamə ala bilmir. Bu səbəbdən o, müalicə və sosial xidmətlərdən məhrumdur.
Bu barədə "Azad İran" "Telegram" kanalı məlumat yayıb.
Bildirilib ki, Volkanın atası Rəhman Azərmiradın sözlərinə görə, sözügedən hər iki qurum bunun səbəbini Volkan adının İran və İslam mədəniyyətinə zidd olması ilə əlaqələndirib.(oxu.az)
Mənbə: big.az