İtaliyada bir kişi 6 il anasının meyiti ilə eyni evdə yaşayıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Veneto bölgəsində yaşayan adı açıqlanmayan 60 yaşlı kişi vəfat etmiş anasının pensiyasını almaq üçün diqqətçəkən üsula əl atıb.
Ölən anası Helga Maria Hengbarth-ın Almaniyaya qayıtdığını insanlara deyən şəxs onun ölümünü hamıdan gizlədib.
Ağılagəlməz üsulla 6 ildə 156 min sterlinq təqaüd alan 60 yaşlı kişi polisin evinə basqın etməsindən sonra təslim olub.
Mənbə: manset.az