Bakıda polisin bu qədər gülü OĞURLANDI

Bakıda polisin  bu qədər gülü  OĞURLANDI<span class="qirmizi"></span>

Daxili İşlər Nazirliyinin meydançasından oğurluq olub.

Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə Baş Dövlət Yol Polisi İdarəsinin Binəqədi rayonu ərazisində yerləşən təlim meydançasında qeydə alınıb.

Meydançadan 180 manat dəyərində 53 ədəd qızıl gül oğurlanıb. Hadisəni törədən Qəbələ rayon sakini, 20 yaşlı Elnur Kərimov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: lent.az