Xaçmazlı gəncin Bakıda meyiti tapıldı

Xaçmazlı gəncin  Bakıda meyiti tapıldı<span class="qirmizi"></span>

Bakıda kişi meyiti tapılıb.

Lent.az-ın məlumatına görə, hadisə paytaxtın Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsində qeydə alınıb.

Orada yerləşən evlərin birində kişi meyiti aşkar edilib. Araşdırmalar nəticəsində meyiti tapılan şəxsin Xaçmaz rayon sakini, 26 yaşlı Güloğlan Nəcəfov olması müəyyən edilib.

G.Nəcəfov həmin mənzildə kirayə yaşayırmış. Faktla bağlı araşdırma aparılır.

Mənbə: lent.az