Şərurda 31 yaşlı kişi qətlə yetirilib

Şərurda 31 yaşlı kişi qətlə yetirilib<span class="qirmizi"></span>

Şərur rayonunda 31 yaşlı kişi qətlə yetirilib.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Püsyan kəndində yerli sakin, 1992-ci il təvəllüdlü Şıxəliyev Xəlil Həsən oğlunun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi ilə bağlı polisə məlumat daxil olub. Cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin tutulub istintaqa verilməsi istiqamətində tədbirlər görülür.

Əlavə məlumat veriləcək.

Mənbə: report.az