Ukrayna 70 döyüşçü ilə Rusiyaya hücum etdi

Ukrayna 70 döyüşçü ilə Rusiyaya hücum etdi<span class="qirmizi"></span>

Ukraynanın 70-yə qədər döyüşçüsü və 5 tankı Belqorod vilayətinə hücumda iştirak edib.

Axar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin məlumatında deyilir.

“Hücumda ümumilikdə 70-ə qədər döyüşçü, 5 tank, 4 zirehli döyüş maşını, 7 pikap və “KamAz” iştirak edib”, - deyə bildirilib.

Qeyd edək ki, səhər saatlarında Ukrayna diversantlarının Şebekino şəhərinə hücum etməsi və bunun fonunda şəhərdə güclü döyüşlərin davam etməsi barədə məlumatlar yayımışdı.

Mənbə: axar.az