İsmayıllıda bir ağac 3 avtomobilin üstünə aşdı - FOTO

İsmayıllıda bir ağac 3 avtomobilin üstünə aşdı - FOTO<span class="qirmizi"></span>

İsmayıllı rayonunda avtomobillər ağacın altında qalıb.

"Unikal"ın məlumatına görə bu gün axşam saatlarında İsmayıllı şəhərinin Heydər Əliyev prospektində iri gövdəli ağac qəflətən yol kənarındakı obyektlərin qarşısında dayanmış avtomobillərin üstünə aşıb. Hadisə zamanı Asim Adıgözəlova məxsus 90-UU-385 dövlət nömrə nişanlı "Opel", Elçin Məlikova məxsus 31-BB-959 dövlət nömrə nişanlı "VAZ 2106" və Səxavət Şıxıyevə məxsus 90-VR-679 dövlət nömrə nişanlı "Lada Priora" markalı minik avtomobilləri əzilib. Hadisə zamanı xəsarət alan olmasa da avtomobillərə ciddi ziyan dəyib. Faktla bağlı araşdırma aparılır.
Şahnəzər Bəşirov

Mənbə: www.unikal.org