Bərdədə kişi arvadını bıçaqladı

Bərdədə kişi arvadını bıçaqladı<span class="qirmizi"></span>

Bərdə rayonunda ailə münaqişəsi zəminində kişi həyat yoldaşına bıçaq xəsarətləri yetirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin regional qrupundan Lent.az-a bildirilib ki, iyunun 2-də saat 9 radələrində 36 yaşlı Zöhrab Həşimov 33 yaşlı həyat yoldaşına bıçaqla müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. Qadın xəstəxanaya yerləşdirilib.

Cinayət əməlini törətməkdə şübhəli bilinən şəxs polis tərəfindən saxlanılıb. Cinayət işi başlanılıb.

Bərdə rayon Polis Şöbəsində istintaq hərəkətləri aparılır.

Mənbə: lent.az