Bakıda yeniyetmələr dəmir yolu dayanacağından oğurluq edib

Bakıda yeniyetmələr dəmir yolu dayanacağından oğurluq edib<span class="qirmizi"></span>

Bakıda yeniyetmələr dəmir yolu dayanacağından oğurluq edib.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Zabrat-1 dəmir yolu dayanacağının pilləkənlərinə quraşdırılan məhəccərlərin qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub.

Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən iki yeniyetmə müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Mənbə: report.az