Rusiyada jurnalistin qətlini sifariş verən eks-deputat həbs edildi

Rusiyada jurnalistin qətlini sifariş verən eks-deputat həbs edildi<span class="qirmizi"></span>

2017-ci ildə “Ton-M” qəzetinin baş redaktoru Dmitri Popkovun qətlini sifariş verən Minusinsk Rayon Şurasının deputatı İsa Xaşıyev 16 il müddətinə azadlıqdan məhrum edilib.

"Unikal" Lente.ru-ya istinadən xəbər verir ki, bu barədə Rusiyanın Krasnoyarsk vilayət məhkəməsi məlumat yayıb.

Bildirilir ki, cinayəti törədən Viktor Şestakov 14 il müddətinə azadlıqdan məhrum edilib. Eks-deputat və qətli törədən şəxs cəzalarını ciddi rejimli koloniyada çəkəcəklər.

Gülayə Mecid

Mənbə: www.unikal.org