Kahramanmaraşda zəlzələdə zərər görən binanın sökülməsi zamanı qəza - VİDEO

Kahramanmaraşda zəlzələdə zərər görən binanın sökülməsi zamanı qəza - <span class="qirmizi">VİDEO</span>

Kahramanmaraşda baş verən zəlzələlərdə ağır zədələnmiş binanın sökülməsi zamanı qəza baş verib.
12 mərtəbəli bina sökülərkən arxasındakı 7 mərtəbəli binanın üzərinə aşıb.
Həmin anlar söküntü işlərini izləyən vətəndaşın mobil telefon kamerasına əks olunub.
Videoda hər yerin toz buludu ilə örtüldüyü və möhkəm binanın bəzi hissələrinin zədələndiyi görüntülənib.
Anbaan qeyd edilən görüntülərdə bəzi vətəndaşların qışqırması da eşidilib.

Mənbə: Haber Global

Mənbə: teref.az