Şəmkirdə kütləvi dava olub, 2 qardaş döyülüb

Şəmkirdə kütləvi dava olub, 2 qardaş döyülüb<span class="qirmizi"></span>

Şəmkir rayonunun Kür qəsəbəsində bir neçə nəfər arasında mübahisə yaranıb, 2 nəfər xəsarət alıb.

"Report"un Qərb bürosunun məlumatına görə, rayon sakinləri, 1987-ci il təvəllüdlü Nazim Mirzayev, qardaşı, 1992-ci il təvəllüdlü Natiq Mirzəli ilə 1988-ci il təvəllüdlü Elmin Kazımov, 1997-ci il təvəllüdlü Xətai Kazımlı və Ayxan Məmmədov arasında mübahisə düşüb.

Mübahisə daha sonra əlbəyaxa davaya çevrilib.

Nəticədə N.Mirzəyev və N.Mirzəli qardaşları müxtəlif bədən xəsarətləri alıblar. Onların xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: report.az