Qatar qəzasında ölənlərin sayı 288-ə çatıb

Qatar qəzasında ölənlərin sayı 288-ə çatıb<span class="qirmizi"></span>

Hindistanda qatarın toqquşması nəticəsində ölənlərin sayı 300-ə yaxınlaşıb, 1000-ə yaxın yaralı var.
Hindistanın Odişa ştatında qatarların toqquşması nəticəsində ölənlərin sayı 288 nəfərə çatıb, 900-dən artıq yaralanan var.
“Ölkə.Az” xəbər verir ki, qatarlar cümə günü Balasore şəhəri yaxınlığında toqquşub. Dəmir yolu orqanlarının yenilənmiş məlumatlarına görə, Kəlkütədən Çennaya gedən sərnişin qatarının 10-12 vaqonu yük qatarı ilə toqquşaraq relsdən çıxıb və əks yola düşüb. Bir müddətdən sonra daha bir sərnişin qatarı onlara çırpılıb, nəticədə insanların olduğu daha üç-dörd vaqon relsdən çıxıb.
Milli Fəlakətlərə Yardım Qüvvələrinin yüzdən çox üzvü və dövlət quurmlarının işçiləri xilasetmə əməliyyatında iştirak edir. Çoxlu sərnişin aşmış vaqonların altında qalıb.
Mürtəza
Ölkə.Az

Mənbə: olke.az