11 yaşlı uşaq xalası qızını tüfənglə vuraraq ÖLDÜRDÜ

11 yaşlı uşaq xalası qızını tüfənglə vuraraq ÖLDÜRDÜ<span class="qirmizi"></span>

Türkiyənin Ədirnə şəhərində 11 yaşlı uşaq nənəsinin evində tüfənglə oynayarkən 16 yaşlı xalası qızını vuraraq öldürüb.

Milli.Az musavat.com-a istinadən bildirir ki,ətrafdakıların köməkliyi ilə özəl xəstəxanaya çatdırılan Naz Gürateşin həyatını xilas etmək mümkün olmayıb.

Hadisədən sonra qorxduğu üçün qaçan Y. D. qısa müddətdə polis tərəfindən tutularaq nəzarətə alınıb. Naz Gürateşin cəsədi ekspertiza üçün Trakya Universiteti Tibb Fakültəsi Xəstəxanasının meyitxanasına aparılıb.

Mənbə: news.milli.az