Ermənistan əsir düşmüş hərbçimizin "məhkəmə"sini keçirəcək

Ermənistan əsir düşmüş hərbçimizin "məhkəmə"sini keçirəcək<span class="qirmizi"></span>

Aprelin 10-da yolu azaraq Ermənistan tərəfinə keçən hərbçilərimizdən biri Hüseyn Axundovun "məhkəmə"si keçiriləcək.

"Unikal" erməni mətbuatına istinadla xəbər verir ki, qarşı tərəf hərbçimizi guya Zəngəzurda mis-molibden kombinatının 57 yaşlı mühafizəçisi Hayrapet Meliksetyanı qətlə yetirməkdə təqsirləndirib.

Yalançı cinayət işi üzrə məhkəmə prosesi Zəngəzur Baş Yurisdiksiya Məhkəməsinin hakimi Napoelon Ohanyana həvalə edilib. İlkin dinləmələr günü iyunun 9-u saat 16:00-a təyin edilib.

 

Mənbə: www.unikal.org