1,5 il əvvəl evində ölən adamı belə tapdılar

1,5 il əvvəl evində ölən adamı belə tapdılar<span class="qirmizi"></span>

Almaniyanın şərqindəki Chemnitz şəhərində baş verən hadisə ölkədə gündəm olub.

Şəhərdə mənzildə yaşayan 70 yaşlı Latislavın evdən qəribə qoxular gəlməyə başlayıb. Bunu hiss edən qonşular mövcud vəziyyətdən şübhələnib və aidiyyatı qurumlara xəbər veriblər.

Evə gələn polislər qapını döysə də, içəridən cavab gəlməyincə qapını sındıraraq içəri daxil olublar. Qonaq otağına daxil olan polislər qarşısında gördükləri mənzərədən şoka düşüblər.

Səlahiyyətlilər adamın cansız bədəninin divanda çürüdüyünü görüblər.

Araşdırmalarından sonra evi təmizləməyə gələn "professional hadisə yeri təmizləmə işçisi" Tomas Kundt yaşadıqlarını danışdı. Keçmişdə tək qalan insanların cəsədlərini və evlərini təmizlədiyini ifadə edən Kundt, "Bu, həqiqətən uzun müddətdir. Bu adamın həqiqətən nə qohumu, nə dostları, nə də tanışı vardı. "Təmizlik zamanı heç bir şəkil tapa bilmədik, kirayə pulu ödənilib və poçt qutusu boş idi.

Polisə məlumat verən qonşular Mendi və Mauris deyiblər: "Eyvanda paltarların qurudulması üçün asılqan var idi, amma heç kim onu yığmırdı və paltarlar çirklənirdi. Bizim heç kimə casusluq etmək fikrimiz yox idi, lakin bir müddət sonra buna dözə bilmədik və aidiyyatı şəxslərə məlumat verdik.

 

 

 

 

Mənbə: big.az