İranda tanınmış hüquq müdafiəçisi həbs edildi

İranda tanınmış hüquq müdafiəçisi həbs edildi<span class="qirmizi"></span>

İranın Sistan və Bəlucistan əyalətindən olan uşaq hüquqları müdafiəçisi Zöhrə Səyyadi həbs edilib.

Axar.az xəbər verir ki, bu barədə Bəluc Fəallarının Kampaniyası məlumat yayıb.

Onun 1 il azadlıqdan məhrum edilərək Tehranın Evin həbsxanasına köçürüldüyü bildirilir.

Qeyd edək ki, hazırda xərçəng xəstəliyindən əziyyət çəkən xanım fəal bundan öncə də mədəni dinc fəaliyyətlərinə görə təzyiqlərə məruz qalıb.

Mənbə: axar.az