Rusiyanın Omsk vilayətində naməlum şəxs tərəfindən dəmir yolunda rele kabinet yandırılıb.
Publika.az xəbər verir ki, bu barədə “SHOT” Telegram məlumat yayıb.
Məlumata görə, təxribat 4 iyun gecə Moskovka-Syropyatskoye yaxınlığında baş verib.
Yük qatarının yanından keçən sürücü yanğını görüb və təcili yanğınsöndürmə xidmətinə bildirib.
Hadisə yerinə gələn təhlükəsizlik işçiləri üzərində yanacaq izləri olan iki boş şüşə aşkarlayıblar. Naməlum şəxslər siqnalizasiya, mərkəzləşdirmə və bloklama sistemlərini açıblar.
Ayşən
Mənbə: publika.az