Axtarışda idi, Bakının mərkəzində maşından oğurluq etdi

Axtarışda idi, Bakının mərkəzində maşından oğurluq etdi<span class="qirmizi"></span>

Bakıda avtomobildən oğurluq edilib.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, mayın 30-da Nəsimi rayonu ərazisində “İsuzu” markalı bir avtomobildən pul və mobil telefon oğurlanıb.

Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis Bölməsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluqda şübhəli bilinən İmişli rayon sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş Yadigar Nəsirov saxlanılıb.

Araşdırmalarla onun Cinayət Məcəlləsinin 234-cü maddəsi (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) ilə axtarışda olması müəyyən olunub.

Mənbə: lent.az