22 min tarixi əsər oğurlandı - 1 şübhəli saxlanıldı

22 min tarixi əsər oğurlandı - 1 şübhəli saxlanıldı<span class="qirmizi"></span>

Türkiyədə bir evdə polis tərəfindən həyata keçirilən əməliyyatda əksəriyyəti Roma, Bizans, Artuqi və Osmanlı dövrlərinə aid təxminən 22 min tarixi əsər tapılıb, 1 şübhəli saxlanılıb.

Manset.az xarici mətbuata istinadən xəbər verir ki, tapılan əsərlər Roma, Bizans, Artuqi və Osmanlı dövrlərinə aid olub. Mazıdağı mahalı Gümüşpınar Məhəlləsində yaşayan M.T-nin evində bir çox tarixi əsərin olduğu və onu satmaq üçün müştərilər axtardığı məlum olub.

Ünvanda aparılan axtarış zamanı sikkələr, metal üzüklər, ox ucları, müalicəvi alətlər, qızıl görünüşlü əşyalar, nizə ucları, metal qablar, fiqurlar, möhürlər, takozlar, şüşə əşyalar, baltalar, kəmərlər və 22 minə yaxın tarixi əsər aşkar edilərək götürülüb.

O cümlədən digər müxtəlif tarixi əsərlər ələ keçirilib.

Mazıdağı Prokurorluğu şübhəli barəsində məhkəmə prosesi başlatdığı üçün tarixi əsərlər araşdırma üçün Mardin Muzeyi müdirinə göndərilib.

 

Mənbə: manset.az