“Qızıl alma”dan dünyada ilk: F-16-larla uçdu - VİDEO

“Qızıl alma”dan dünyada ilk: F-16-larla uçdu - <span class="qirmizi">VİDEO</span>

“Baykar” şirkətinin istehsalı olan “Qızıl alma” və “Akıncı” PUA-ları sınaqlardan sonra ilk dəfə ictimaiyyətə açıq şəkildə birlikdə uçub.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

“Qızıl alma” və “Akıncı”ları F-16 və F-5 qırıcılarından ibarət SOLOTÜRK və “Türk ulduzları” müşayiət edib. Bildirilib ki, bu, dünya aviasiya tarixində bir ilkdir.

“Qızıl alma” PUA-sının Türkiyənin yeni “TCG Anadolu” gəmisindən ilk uçuşu 2025-ci ildə baş tutacaq.

 

Mənbə: axar.az