"Putinin fanatı"nı Almaniyada məhkəmə qarşısına çıxardırlar

"Putinin fanatı"nı Almaniyada məhkəmə qarşısına çıxardırlar<span class="qirmizi"></span>

Almaniyanın Köln şəhərində Ukrayna əsilli Rusiya vətəndaşı Yelena Kolbasnikova Rusiyanın Ukraynaya hücumlarını dəstəklədiyi üçün məhkəmə qarşısına çıxarılacaq.

Publika.az xəbər verir ki, bu barədə" Avropa həqiqəti " yazır.

O, Almaniya Cinayət Məcəlləsinin 140-cı maddəsinin 2-ci bəndi ilə ittiham olunur. Kolbasnikova rusiyapərəst nümayiş zamanı Ukraynaya qarşı müharibəni dəstəklədiyini deyib. Təqsir sübut olunarsa, üç ilə qədər həbs cəzası və ya pul cəzası ilə üzləşəcək.

Qeyd edilir ki, 2022-ci ildən Kölndə yaşayan Kolbasnikova, Almaniyanın Rusiyaya dəstəyi üçün ən böyük avtomobil yürüşünü təşkil edib. Daha sonra digər rusiyapərəst aksiyaların təşkilatçısı olub.

Dneprdən olan Kolbasnikov ittihamları rədd edir. Və bildirir ki, alman hakimiyyəti tərəfindən təqibə məruz qalır.

Alman mediası onu tez-tez "Putinin fanatı" və ya "Putinin Fan Klubunun" üzvü adlandırır.

Mənbə: publika.az