Şəkidə dördotaqlı ev yanıb

Şəkidə dördotaqlı ev yanıb<span class="qirmizi"></span>

Şəkidə fərdi yaşayış evində yanğın olub.

Rayonun Aran kəndində, kənd sakini Qədim Hacımurad oğlu Kabulova məxsus, ümumi sahədə 140 kvadratmetr olan birmərtəbəli kürsülü 4 otaqdan ibarət fərdi yaşayış evində yanğın baş verib.

Yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyətləri cəlb edilib.

Yanğın nəticəsində evin yanar konstruksiyaları ev əşyaları ilə birlikdə və evə bitişik tikilmiş ümumi sahəsi 180 kvadratmetr olan talvarın yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı digər tikililər yanğından mühafizə edilib.

Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır. /apa/

Mənbə: moderator.az