Arvadını öldürüb parçalarını küçəyə səpən BƏRAƏT ALDI

Arvadını öldürüb parçalarını küçəyə səpən BƏRAƏT ALDI<span class="qirmizi"></span>

Leninqrad vilayətində arvadını öldürüb parçalara ayırana bəraət verilib.

Lent.az Rusiya KİV-ə istinadla bildirir ki, həmin şəxsə qarşı ittiham yenidən “Səhlənkarlıqdan ölümə səbəb olma” maddəsinə tövsif edilib. O, həmçinin gəlirinin 10 faizi tutulmaqla 1,5 il islah işləri təyin edilib, lakin həbsdə olduğu müddət nəzərə alınmaqla, Sergey Petuşkov cəzadan tamamilə azad edilib.

Xatırladaq ki, Sergey Petuşkov ötən il fevralın 22-də arvadını xəyanət üstündə yaranmış mübahisə nəticəsində öldürmüşdü. O, cinayətin izlərini gizlətmək qərarına gəlib və arvadının cəsədini parçalara ayırıb. Bundan sonra parçaları Leninqrad vilayətinin Qatçina rayonuna səpələyib. Ötən ilin mayında Petuşkov saxlanılıb, o, günahını qismən etiraf edib. Lakin hadisəni qəsdən törətmədiyini bildirib.

Mənbə: lent.az