Cərrah arvad-uşağını öldürüb inthar etdi

Cərrah  arvad-uşağını öldürüb inthar etdi<span class="qirmizi"></span>

Serbiyanın paytaxtı Belqradda qətl hadisəsi olub.

Lent.az xarici mediaya istinadla bildirir ki, buradakı mənzillərin birində rusiyalı ər-arvad və onların övladlarının meyiti tapılıb. Bu barədə polisə onların qonşuları məlumat veriblər. Gələn polislər qapını sındıraraq 3 cəsəd aşkar ediblər.

İlkin məlumatlara görə, kişi həyat yoldaşı və doqquz yaşlı oğlu öldürüb, bundan sonra intihar edib.

Kişi ixtisasca cərrah, həyat yoldaşının isə uşaq həkimi olduğu üzə çıxıb.

Mənbə: lent.az