Özünü körpüdən atmaq istəyən şəxs xilas edildi - YENİLƏNİB + VİDEO

Özünü körpüdən atmaq istəyən şəxs xilas edildi - <span class="qirmizi">YENİLƏNİB + VİDEO</span>

Bu gün saat 17 radələrində naməlum şəxs "Koroğlu" metrostansiyası yaxınlığında yerləşən körpüyə çıxaraq intihar etmək niyyətini nümayiş etdirib.

"Qafqazinfo" xəbər verir ki, həmin şəxs körpünün asma dirəklərini saxlayan qurğunun üzərinə çıxıb.

Hadisə ilə bağlı xilasedicilərə məlumat verilib.

İntiharın qarşısının alınması məqsədilə iş aparılır.

***

Bu gün "Koroğlu" metrostansiyası yaxınlığında yerləşən körpüyə çıxaraq intihar etmək istəyən naməlum şəxs xilasedicilər tərəfindən xilas edilib.

Hazırda o, körpünün üzərindən aşağıya düşürülür.

Həmin görüntüləri təqdim edirik:

Mənbə: qafqazinfo.az