Sabirabadda 6 otaqlı evdə yanğın olub.
Redaktor.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbərinə görə, rayonunun Qaralar kəndində ümumi sahəsi 210 m² olan birmərtəbəli, 6 otaq və aynabənddən ibarət evin 2 otağının və aynabəndinin lambirdən və qamış örtükdən ibarət tavanı 90 m² sahədə yanıb.
Yüksək temperaturdan çardağın taxta atmaları qarsalanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Mənbə: redaktor.az