Qəbələdə sel yolu yararsız hala saldı - FOTO

Qəbələdə sel yolu yararsız hala saldı -  <span class="qirmizi">FOTO</span>

Dünən gecə saatlarından başlayan leysan xarakterli yağış Qəbələdə də fəsadlar törədib.

Redaktor.az apa-ya istinadla xəbər verir ki, güclü leysan nəticəsində Qəbələnin Laza kəndinə gedən yolu sel suları yuyub. Nəticədə yol yararsız hala düşüb, Laza kəndinin rayonla əlaqəsi tamamilə kəsilib. Hazırda alternativ yoldan istifadə edilir.

Çaylarda hələ də bolsululuq müşahidə olunur.

Mənbə: redaktor.az