Rusiyada 90 nəfər zəhərləndi, 29-u öldü

Rusiyada 90 nəfər zəhərləndi, 29-u öldü<span class="qirmizi"></span>

Rusiyanın Ulyanovsk vilayətində “Mister sidr” spirtli içkisindən zəhərlənənlərin sayı 62-ə çatıb.

“Ölkə.Az” xəbər verir ki, bu barədə Ulyanovsk Səhiyyə İdarəsi məlumat yayıb. Bildirilir ki, zəhərlənənlərin 20-si ölüb.

Səhiyyə idarəsi zərərçəkənlərin vəziyyətinin ağır və orta ağır qiymətləndirsə də, digər təfərrüatlar açıqlamır.

Ümumilikdə, Rusiyada “Mister sidr” içkisindən 90 nəfərin zəhərləndiyini və onlardan isə 29-nun öldüyü bildirilir.

Mənbə: olke.az