"Lənkəranski"nin sağ əli "kor Hüseyn" dünya səyahətinə ÇIXDI

"Lənkəranski"nin sağ əli "kor Hüseyn" dünya səyahətinə ÇIXDI<span class="qirmizi"></span>

Moskvanın “Vnukovo” hava limanında “kor Hüseyn” ləqəbli “qanuni oğru” Hüseyn Əhmədov saxlanılıb.

Lent.az-ın xarici KİV-ə istinadən xəbərinə görə, ilkin araşdırma zamanı məlum olub ki, "kor Hüseyn" 4 ay Türkiyədə deportasiya mərkəzində saxlanılıb.

Sonra isə ölkədən çıxarılıb. Polisə verdiyi izahatda o qeyd edib ki, Moskvada qalmaq fikri yoxdur. Bu şəhərdən tranzit kimi istifadə edəcək. O, ümumiyyətlə, polisə izahatında dünya səyahətinə çıxdığını deyib.

Qeyd edək ki, "kor Hüseyn" Rövşən Lənkəranskini əsas tərəfdarlarından biri idi.

Mənbə: lent.az