Ukraynada SES-in iş rejimi dəyişdirildi

Ukraynada SES-in iş rejimi dəyişdirildi<span class="qirmizi"></span>

Ukraynada ruslar tərəfindən Kaxovskaya SES-in bəndinin dağıdılması ilə əlaqədar su elektrik stansiyalarının iş rejimi dəyişdirilib.

Axar.az xəbər verir ki, bu barədə “Ukrenerqo”nun mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, bu, Kaxovka su anbarına daxil olan suyun həcmini azaltmaqla daşqınların miqyasını azaltmaq məqsədilə edilib.

“Ukrenerqo” istehlakçılardan gün ərzində elektrik enerjisindən istifadəni bölüşdürmələrini və güclü məişət cihazlarından istifadəni axşamdan günün digər vaxtlarına keçirmələrini xahiş edir.

Mənbə: axar.az