Əsəbi zəif olanlar üçün deyil: Everestdə alpinistlər meyitlərdən ibarət "uçquna" düşüb

Əsəbi zəif olanlar üçün deyil: Everestdə alpinistlər meyitlərdən ibarət "uçquna" düşüb<span class="qirmizi"></span>

"Everestə yüksəliş üçün təkcə bir icazə 10 min dollar təşkil edir..."

"Everestin meyitlərlə səpələnmiş yamacları daha çox qəbiristanlığı xatırladır..."

Sosial şəbəkələrdə Everesti fəth edən bir qrup alpinistin meyitlərdən ibarət "uçquna" düşməsinin videosu yayılıb.

Moderator.az xəbər verir ki, bu barədə "vesty.co" nəşri yazıb.

Kadrlardan göründüyü kimi, dağlardan buz hissəcikləri və cəsədlər yuvarlanır. Kadr arxasında kişi və qadın qışqırıqları eşidilir.

Dağlarda onilliklərlə yığılıb qalan cəsədlərin "enişi" isti havanın təsirindən buzun əriməsi və yüngül yeraltı təkanlarla əlaqələndirilib.

Everest iki dövlətin-Nepal və Çinin arasında yerləşir. Bu, dünyanın ən hündür dağıdır, dəniz səviyyəsindən 8 848 metr yüksəklikdə yerləşir, bu da alpinistlərin böyük diqqətinə səbəb olur.

Zirvəyə yüksəliş təxminən 2 ay çəkir. Bunun xeyli hissəsi xüsusiləşdirilmiş firmalar tərəfindən təşkil edilir və kommersiya qruplarının tərkibində həyata keçirilir.

Bələdçilərin xidmətləri, təlim və təchizatın qiyməti 85 min dollara çatır, həm də Nepal tərəfindən yüksəlişə təkcə bir icazə 10 min dollar təşkil edir.

Lakin "dünya zirvəsinə" riskli səyahətin bahalı olması səyahətçiləri qorxutmur. 2019-cu ildə Nepal hakimiyyəti zirvəyə qalxmaq üçün rekord sayda-381 lisenziya verib, may ayında (yola çıxmaq üçün əlverişli aylardan biridir) dağda növbə yaranıb.

İnsanlar marşrutu davam etdirmək üçün 12 saat gözləməli olub, nəticədə yorğunluqdan və donmadan 10 nəfər həlak olub.

Everestin yamaclarından cəsədlər heç də həmişə götürülmür. Bu, bir çox amillərlə, ilk növbədə marşrutun yüksəkliklərindən təxliyə zamanı çətinliklərlə bağlıdır.

Bəzi sahələrdə alpinistlər öz ölü sələflərinin üzərindən keçməli olur, həlak olanların bəzisi bir növ yönləndirici rolunu oynayır.

Belə ki, 1996-cı ildə həlak olan hindu Tsevanq Paljorun cəsədi 8500 metri göstərir və hətta "Yaçıl çəkmə" adlanır. Ümumilikdə, belə fikir var ki, Everestin meyitlərlə səpələnmiş yamacları daha çox qəbiristanlığı xatırladır.

Mənbə: moderator.az