Əfqanıstanda mikroavtobus dərəyə aşdı: 24 nəfər öldü

Əfqanıstanda mikroavtobus dərəyə aşdı: 24 nəfər öldü<span class="qirmizi"></span>

Əfqanıstanda mikroavtobus dərəyə yuvarlanıb. Təbii fəlakət nəticəsində 8-i uşaq olmaqla 24 nəfər həyatını itirib.

"Unikal" xəbər verir ki, ölkənin şimalındakı Saraypolun Sayad rayonunda hərəkətdə olan mikroavtobus dərəyə aşıb.

Saraypol polisinin sözçüsü Din Mohammad Nazari verdiyi açıqlamada qəzanın günorta saatlarında baş verdiyini və mikroavtobusun Alhato kəndindən Xvacayaqanah kəndinə getdiyini bildirib.

Qəzaya səbəb kimi ehtiyatsızlıq və yol şəraitinin pis olduğu bildirilib.

Mənbə: www.unikal.org