Cənubi Avstraliyada güclü qasırğa  10 min evi işıqsız qoydu

Cənubi Avstraliyada güclü qasırğa   10 min evi işıqsız qoydu<span class="qirmizi"></span>

Cənubi Avstraliya ştatında güclü qasırğa 10 min evi işıqsız qoyub.

Manset.az xarici mediaya istinadən xəbər verir ki, meteorologiya bürosunun məlumatına görə, regionda 24 saat ərzində 65 min şimşək çaxıb.

Adelaida şəhərinin Marion rayonuna yarım saat ərzində 25 millimetr, aeroport ərazisinə isə 20 millimetr yağış yağıb.

Sinoptiklər qeyri-sabit və yağmurlu havanın bir müddət davam edəcəyi barədə xəbərdarlıq edib.

Fövqəladə Vəziyyətlər üzrə Dövlət Xidmətindən dağıntıların olmadığı bildirilib.

Mənbə: manset.az