Gəncədə Sosial Xidmət Müəssisəsində yanğın - VİDEO

Gəncədə Sosial Xidmət Müəssisəsində yanğın - <span class="qirmizi">VİDEO</span>

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Gəncə şəhərinin Qurtuluş küçəsində yerləşən Sosial Xidmət Müəssisəsində yanğın baş verməsi barədə məlumat daxil olub.

Bu barədə Axar.az-a FHN-dən bildirilib.

Qeyd olunub ki, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb edilib.

Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində üçmərtəbəli binanın üçüncü mərtəbəsində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində binanın 3-cü mərtəbəsinin bir otağında 1 ədəd yataq dəsti və 1 ədəd plastikdən ibarət qapı yanıb. Yanğın zamanı bir nəfər yanğınsöndürənlər tərəfindən xilas edilib.

Bina yanğından mühafizə olunub.

Mənbə: axar.az