Ali Məhkəmə insan alveri ilə məşğul olan qadınla bağlı qərar çıxardı

Ali Məhkəmə insan alveri ilə məşğul olan qadınla bağlı qərar çıxardı<span class="qirmizi"></span>

Ali Məhkəmədə Azərbaycan vətəndaşı olan bir qrup qadını ölkə hüdudlarından kənara apararaq cinsi istismara məruz qoymaqda təqsirləndirilən Sevinc Durmuşovanın barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Nazim Mövsümovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, onun kassasiya şikayəti təmin edilməyib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Sevinc Durmuşova verilmiş maddələrlə təqsirli bilinərək 9 il müddətinə azadlıqdan məhrum edilib.



Qeyd: Bir qrup qadının Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinə şikayəti əsasında Sevinc Durmuşovanın barəsində cinayət işi başlanıb.

S.Durmuşovaya Cinayət Məcəlləsinin 144-1.2.1-ci (iki və ya daha çox şəxs barəsində insan alveri törətmək), 144-1.2.2-ci (təkrar insan alveri törətmək), 144-1.2.4-1-ci (insan alveri qurbanını Azərbaycan Respublikasının dövlət sərhədindən keçirməklə törədildikdə) və 144-3.4-cü (insan alveri məqsədi ilə hər hansı bir şəxsin şəxsiyyət vəsiqəsini, pasportunu və ya şəxsiyyətini təsdiq edən digər sənədini, yaxud yol (sərhədkeçmə) sənədini götürmə, saxlama, gizlətmə, zədələmə və ya məhvetmə) maddələri ilə ittiham verilib.

Kamal Məmmədov

Mənbə: pravda.az