Naxçıvanda gənc oğlan özünü yandırdı

Naxçıvanda gənc oğlan özünü yandırdı<span class="qirmizi"></span>

Şahbuz rayonunda gənc oğlan özünü yandırıb.

Lent.az APA-ya istinadla xəbər verir ki, hadisə dünən gecə saatlarında Şahbuz yolunda qeydə alınıb. Belə ki, Şahbuz rayon Sahbuzkənd sakini, 24 yaşlı Məmmədov Sahil Talıb oğlu özünü yandırıb. Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilən zərərçəkənin vəziyyəti ağırdır.

Hadisənin hansı səbəbdən baş verdiyi hüquq mühafizə orqanları tərəfindən araşdırılır.

Mənbə: lent.az