Çay qurudu- Tarixi kilsə ortaya çıxdı

Çay qurudu-  Tarixi kilsə ortaya çıxdı<span class="qirmizi"></span>

Tarixi Quechula kilsəsi 20 il sonra Meksikada Qrixalva çayının quruması ilə üzə çıxıb.

Manset.az xarici mətbuata istinadən xəbər verir ki, 1960-cı ildə bənd tikintisi səbəbindən sular altında qalan kilsə, çayın qurumasından sonra ziyarətçilərlə dolub.

Lakin son illərin ən quraqlıq mövsümünü yaşayan çay balıqçılıqla dolanışığını təmin edən insanların kədərinə səbəb olub.

Proqnozlara görə, bölgə bir müddət quraqlıqla mübarizə aparacaq və yaxın vaxtlarda leysan gözlənilmədiyi üçün kilsə daha bir neçə həftə ziyarət edilə bilər.

Mənbə: manset.az