Təmizlik işçiləri niyə yol qəzalarının qurbanı olur? - Açıqlama

Təmizlik işçiləri niyə yol qəzalarının qurbanı olur? -

Xəbər verdiyimiz kimi, Bakıda Mənzil İstismar İdarəsinin (MİS) 51 yaşlı əməkdaşı Babakişiyev Məmməd Əzizağa oğlunu “Toyota” markalı avtomobil vurub. Ağır bədən xəsarətləri alan M.Babakişiyevin hər iki ayağı amputasiya edilib.

Qeyd edək ki, bu, ilk belə hadisə deyil. MİS işçiləri iş vaxtı tez-tez belə qəzaların qurbanı olur.

Məsələ ilə bağlı açıqlama verən hüquqşunas, nəqliyyat eksperti Ərşad Hüseynov bildirib ki, bu sahədə iş düzgün təşkil edilmədiyindən tez-tez arzuolunmaz qəzalar baş verir:

“Yolda təmizlik işləri görənlər çox vaxt arxayın olurlar, yolun hərəkət hissəsindən necə lazımdır keçirlər. Sanki parkda, bulvardaymışlar kimi hərəkət edirlər. Sürücülər isə onsuz da hər yerdə diqqətli olmalıdırlar. Bu işin təşkilində problem olduğu üçün arzuolunmaz qəzalar baş verir. Müvafiq qurumlar bu işi təhlükəsiz təşkil etməlidirlər, adamları təlimatlandırmalıdırlar”, - deyə ekspert bildirib.

Vasif Əlihüseyn

Mənbə: www.bakupost.az