Qəbələ sakinini ilan sancdı

Qəbələ sakinini ilan sancdı

Qəbələ sakinini ilan sancıb.

Hadisə rayonun Böyük Əmili kəndində qeydə alınıb.

Kənd sakini 2004-cü il təvəllüdlü Salahov Uğur Müşfiq oğlu həyətyanı sahədə işləyərkən onu ilan sancıb.

Qəbələ Rayon Mərkəzi Xəstəxanasına aparılan şəxsin vəziyyətinin orta ağır olduğu bildirilir.

Mənbə: bizim.media